29.04.2015 [14:15] - Gündəm, Hərb
“İŞİD” terrorçuları həm Liviyaya, həm də Avropa təhlükəsizliyinə, İtaliya və Aralıq dənizinin şimalında olan ölkələrə təhdid yaradır. Biz terrorçularla mübarizədə Avropadan, dünya ictimiayyətindən real dəstək görmək istəyirik.
Bunu bu gün Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda “Avropa İttifaqı və onun qonşuluq siyasəti” mövzusuna həsr edilmiş paneldə çıxış edən Liviyanın xarici işlər naziri Muhəmməd Dayri deyib.
Xarici işlər naziri Liviyanın qarşısına qoyulan şərtlərdən narazılığını da dilə gətirib: “Bizə dedilər ki, terrorçularla mübarizədə milli ittifaqın yaradılması kimi bir şərt qoyulmuşdu. Biz başa düşmədik ki, nəyə görə beynəlxalq cəmiyyət belə bir şərt qoyub. Nəticədə Liviya ordusuna dəstək hələ də reallaşmayıb”.
M.Dayri həmçinin ölkəsinin təhlükəsizliklə bağlı, eləcə də demokratik proseslərdə davamlı və real dəstək gözlədiklərini bildirib: “Liviyada demokratik proseslərdə ikinci mərhələ başlayır. Qarşıdan parlament və prezident seçkiləri gəlir. Digər tərəfdən, dövlət quruculuğu sahəsində dəstəyə ehtiyacımız var. Neft sektorumuz yaxşı fəaliyyət göstərsə də, biz həm də iqtisadi islahatlarda da dəstək görmək isəyirik. Büdcəmiz yenidən qurulmalı, şaxələndirilməlidir. Bizim kimi ölkələr artıq çoxdan bu sahədə islahatlar həyata keçiriblər. Daxildə təhsil və səhiyyə sahələri də yenidən yaradılmalıdır. Bu sahədə çoxlu boşluqlar var”.

Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |