29.04.2015 [14:30] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
"ƏKİNÇİ" qəzetinin Həsən Məlikzadə Zərdabi tərəfindən hazırlanan 57-ci nömrəsinin materialları haradadır?
Sərlövhənin uzunluğuna dözün.Başqa əlac yoxdur.Sözün belə deyilişlə düşündüyüm fikrə çevrilməsini daha münasib bildim.
Arxivimdə Həsən bəy Zərdabinin həyat və fəaliyyəti ilə ilgili materiallar çoxdur.Onlardan biri daha maraqlı görünür.Bu, Həsən Məlikovun(onda hələ bəylik iddiasında deyilmiş-N.N.). Şamaxı dördsinifli Ali məktəbin I və II siniflərində oxuyarkən ayrı-ayrı fənlərdən aldığı qiymətlərin aylıq cədvəlləridir.Aydınlıq üçün həmin cədvəllərdən birinin sərlövhəsinin rusca yazılmış variantını diqqətinizə çatdırıram:
Ведомость об успехах и поведении учеников 1-го и 2-го классов высшаго Шемахинскаго училища по предметам Арифметикi, географiи и зоологиi за апрель месяц 1854 г.
161 yaşlı saralmış bu cədvəllərdə Həsən Məlikovun hamıdan yaxşı ( bəlkə də yaxşı yox, əla!) oxuduğunu görmək nə qədər sevindiricidir!!!
Təsəvvür edin, Zərdabdan gələn kənd uşağı Azərbaycanın o vaxtkı paytaxt şəhərində təlimi rusca olan 33 nəfərlik sinfin əlaçısıdır.Təkcə bir nəfər- rus Timofey Kuzmin onu qarabaqara izləyir.
Yeri gəlmişkən qeyd edim ki, onların hər ikisini Tiflisdəki Real Məktəbinə oxumağa göndəriblər.
O zamanlar şəhər məktəblərinin məzunları ali məktəbə daxil olmaq istəyən hər bir iddiaçı mütləq ölkənin müxtəlif yerlərində yaradılmış Real Məktəblərdə hazırlıq mərhələsi keçməli idi.Bunsuz ali məktəblərə sənəd qəbul olunmurdu.
Məsələ burasındadır ki, Həsən Məlikov Tiflis Real Məktəbində dövlət hesabına oxuyub. H.Məlikovun Şamaxı şəhər məktəbindəki sinif yoldaşı T.Kuzmin isə bilik səviyyəsinə görə ondan aşağı olduğunu üçün Tiflis Real Məktəbində öz hesabına oxumaq məcburiyyətində qalmışdır.
Kimlərəsə bu söz körpüsü yorucu görünə bilər. Məqsədimiz Həsən Məlikovun sinif yoldaşlarının hamısından üstün olduğunu göstərməkdir.
Həsən Məlikov həmişə birincilik iddiasında olan şəxslərdəndir.Bu,eqoizm kimi yox,özünütəsdiq kimi qəbul edilməlidir.Ümumiyyətlə, Həsən Məlikovun həyatının hər bir səhifəsi onu gözlərimiz önündə ucaldır.
Bakı Real Gimnaziyasının müəllimi Həsən Məlikovun Azərbaycan dilində qəzet nəşrinə başlaması XIX əsr Azərbaycan ictimai-siyasi həyatının ən böyük hadisələrindəndir. O, bu fəaliyyətə sıfırdan-heçdən başlamışdı. Qəzetə elə ad seçmişdi ki, bunu müxtəlif cür yozmaq,incələmək,çözmək olardı.
"Əkinçi",əslində ölkənin birinci əkinçisi deyildi. Ondan 14 il əvvəl Tiflisdə A.P.Purseladze (1839-1913) tərəfindən iki həftədə bir dəfə çıxmağı qərarlaşdırılan "QUTNİS DEDA" (əkinçi) adı ilə kənd təsərrüfatını işıqlandıran qəzet öz nəşrinə başlamışdı.
Həsən bəy Zərdabinin "Əkinçi" adı ilə çıxarılan qəzetinin tarixi 22 iyul 1875-ci ildən (islam tarixi ilə fi 1 pəcəbülmürəccəb,sənə 1292) başlayır. Qəzetdəki ilk cümlə hamını əməkdaşlığa dəvət edən çağırışdır:" Hər kəs bu qəzetdə hər bir qism əhvalat barəsində məktublar basdıra bilər".
Rusdilli milli ziyalımız Həsən Məlikzadə Zərdabi "Əkinçi" qəzeti vasitəsi ilə türk xalqları ilə Azərbaycan dilində danışır,onları elmə,təhsilə,maariflənməyə dəvət edirdi.
H.Zərdabi "Əkinçi"nin cəmi 56 nömrəsini çıxara bildi. Qəzetin 1877-ci il sentyabrın 29-da çıxan 20-ci (ümumi sayına görə 56-cı) nömrəsindən sonrakı sayı həmin vaxtdan 15 gün sonra çıxmalı idi, amma çıxmadı. Növbəti nömrənin oktyabrın 14-də oxuculara göndərilməsi üçün bütün işlər görülsə də, qəzetin işıq üzü görməsinə yolunda maneə yaranır. Moskvadan göndərilən müxbir yazısındakı fikirlər siyasi cəhətdən müəmmalı göründüyü üçün "Əkinçi"nin 57-ci nömrəsinin çapında müəyyən problemlər yaradır.
Çuğulçu,xəbərçi sası dinli mürəttib senzora pıçıldayır ki, bəs nömrədə rus siyasətinə zidd material gedir. Senzor da Həsən Məlikovdan xahiş edir ki, (Həsən Məlikovdan məhz xahiş etmək olardı-N.N) o yazını dəyiş. Həsən bəy razılaşmır və təbii ki, 57 - ci nömrə cıxmır.
Maraqlıdır ki, "Əkinçi" qəzeti iki il dövlət sənədlərində fəaliyyətdə olan qəzet kimi göstərilmişdir. Deməli, H.Məlikov bu iki il ərzində istənilən gün qəzeti çıxara bilərdi.Bəs nə üçün çıxarmır? Çox güman ki, bu,Həsən Məlikovun pedaqqoji fəaliyyətinin ağırlığı ilə ilgilidir.
Burada Həsən Məlikovun xarakterindəki əyilməzlik də öz sözünü deyə bilərdi.Uzun sözün qısası,Həsən Məlikovun hazırladığı 57-ci nömrənin materiallarl haradadır?

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,Avropa Azərbaycan Məktəbinin müəllimi,Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdçüsü.
27.04.2015

Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |