Şrift:
TürkPA müşahidəçiləri Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək
12.01.2012 [18:16] - Gündəm
TürkPA müşahidəçiləri Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Müşahidəçilər Missiyası yanvarın 15-də Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək. Bu barədə TürkPA-nın mətbuat xidməti məlumat verilib.

Missiyanın tərkibinə Azərbaycan və Türkiyə millət vəkilləri, TürkPA baş katibinin rəhbərliyi altında katibliyin əməkdaşlarından ibarət nümayəndə heyəti daxildir. Missiya seçkiqabağı hazırlıq prosesini və seçkiləri Almatı şəhərində izləyəcək. Müşahidəçilər seçki günü Almatı şəhərinin seçki məntəqələrində olacaq, orada səsvermənin müxtəlif mərhələlərini (məntəqələrin açılmasından başlamış, seçicilərin səslərinin hesablanmasına və seçkilərin nəticələrinin müəyyən edilməsinə qədər) müşahidə edəcək.

Səfər çərçivəsində müşahidəçilərin Almatı Şəhər Akimatının (İcra Hakimiyyətinin) başçısı, “Nur Otan” və “Ak Jol” partiyaların nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.

Növbədənkənar parlament seçkilərindən sonra TürkPA müşahidəçilər missiyasının seçkilərin nəticələrinə dair yekun rəyi açıqlanacaq.

Qeyd edək ki, bu, TürkPA-nın 6-cı seçki müşahidəsi olacaq.
Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed