30.04.2015 [10:11] - Gündəm, Sosial
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Sosial hüquqların müdafiəsi və bu sahədə məlumatlılığın artırılması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili” adlı layihəsini həyata keçirməyə başlayıb.
Layihənin əsas məqsədi əhalinin müxtəlif təbəqəsi, əsasəndə aztəminatlı əhalinin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir.
Qeyd edək ki, layihə çərcivəsində aşağıdakı işlər həyata keçiriləcək: “Sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi, sosial qanunvericiliyin CD formatında hazırlanması və aztəminatlı əhaliyə paylanması, Bakı şəhəri və regionlarda təlimlərin və ictimai müzakirələrin təşkili, Bakıda və regionlarda pulsuz hüquqi xidmətlərin göstərilməsi, sosial qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyyələrin Parlamentə və sosial müdafiə orqanlarına təqdim olunması. Sosial məsələlər üzrə hüquq klinikasında aztəminatlı əhaliyə pulsuz hüquqi yardım xidməti göstəriləcək və aztəminatlı əhali may ayından etibarən Klinikaya müraciət edə bilərlər”.
Layihə 6 ay müddətində Bakı və regionlarda həyata keçiriləcəkdir.
Məlumat üçün bildirək ki, aztəminatlı əhalinin Klinikada qəbul günləri həftənin I və V günləri, saat 15-00-dan 18-00-dək həyata keçiriləcəkdir. Klinikanın ünvanı: Bakı şəhəri, Süleyman Rüstəm küç. 33/93
Əlaqə telefonları: mob: 055 612 85 45, 012 449 96 67, e-mail: ulvi-1560@mail.ru
Əlaqələndirici şəxs isə Ülvi Əliyevdir.

Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |