Şrift:
İranlı admiral: -Biz ölkənin etnik çeşitliliyi ilə bağlı böhranla üz-üzə deyilik
30.04.2015 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri, admiral Əli Şəmxani aprelin 28-də Tehranın Əllamə Təbatəbai Universitetində keçirilən “dövlət, Millət və ortaq gələcək” adlı toplantıda çıxış edərək ölkədəki mövcud millətlərdən danışıb.
İrandakı etnik çeşitliliyini ölkə üçün təhdid yox, fürsət saydığını bildirən Əli Şəmxani deyib ki, ölkənin dini lideri ayətullah Əli Xamneyi millətlər məsələsinə böyük önəm verir: “Dini liderin, ona verilən hesabatları oxuyub geri göndərdiyi hər bir vərəqənin altına ölkədəki etnik çeşitliliyi ilə bağlı bir mətn də əlavə olunur. Bu isə onun millətlər məsələsinə nə qədər əhəmiyyət verdiyini göstərir. Biz ölkədəki etnik çeşitliliyi və millətlər məsələsi ilə bağlı böhranla üz-üzə deyilik. Hesab edirik ki, bu çeşitlilik ölkə üçün təhdid yox, fürsətdir.

Əli Şəmxani “Bir sıra əcnəbi ölkələrin İranda müxtəlif etnikləri üz-üzə qoymaqla daxili potensialları zəiflətməyə cəhd göstərməsi” ilə bağlı sualı da cavablandırıb: “Bu ölkələrin öz niyyətlərinə çatmamasının əsas səbəblərindən biri odur ki, onların bizdəki etniklərin hakim siyasi quruluşa bağlı olmasından, islam inqilabını və ölkənin ərazi bütövlüyünü müdafiə etməyə marağı və motivi barədə məlumatı yoxdur”.
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed