30.04.2015 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Binab şəhərinin İran parlamentindəki millət vəkili bu şəhərin təhsil ocaqlarının bərbad vəziyyətindən danışıb.
Məhəmməd Baqiri Binabi məktəb (mədrəsə) tikdirən xeyriyyəçilərinin keçirdiyi festivalda önəmli məsələlərə toxunub:
“Binab şəhəri qeyri-neft məhsullarının ixracatı, öyrənci sayı və bir çox sahədə birincilər sırasında yer alır, lakin təhsil ocaqları məsələsində vəziyyət belə deyil.”
Millət vəkili bildirib ki, bu zəmində aparılan işlər yetərli deyil və problemi həll etmək üçün milli iradə və ciddi tədbirlər tələb olunur.
Binabın Təhsil Şöbəsinə vaxt qoyulmadığından şikayətlənən millət vəkili əlavə edib ki, “keçən illərdə ən azı 5 məktəb yenidən qurulub və Binabın Təhsil Şöbəsinə təhvil verilsəydi, indi vəziyyət belə acınacaqlı olmazdı.”
M.Baqiri Binabi sözlərinin sonunda Binabın təhsil ocaqları probleminin çözülməsini dövlətin gücündən xaric olduğunu bildirib: “Bu zəmində xeyriyyəçi insanlara böyük iş düşür. Onlar Binabı təhsil ocaqları problemindən azad etməlidirlər. Artıq bu vəziyyəti görmək bizi çox narahat edir.”

Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |