30.04.2015 [12:07] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Avropa Azərbaycan Məktəbi dörd il bundan qabaq yaradılmışdır.Dünya təhsil sisteminin zəngin ənənələrnə əsaslanan bu təhsil ocağının sorağı indi bir sıra ölkələrdən gəlir.
Məktəbdə yüksək pedaqoji ustalığı ilə tanınan Azərbaycan müəllimləri ilə yanaşı, xarici ölkə müəllimləri də çalışır. Burada şagirdlərin təhsil səviyyəsini yüksəltmək məqsədilə qabaqcıl pedaqoji təcrübəyə əsaslanan təlim və tərbiyəyə önəmli yer verilir. Məktəbdə şagirdlərin mütaliə mədəniyyətini yüksəltməltmək də diqqət mərkəzindədir. Məktəbdə bu istiqamətdə bir-birindən maraqlı tədbirlər keçirilir; şagirdlər dərslərin daha maraqlı keçməsinə kömək edən kitablardan istifadə edir, kitab fondu Azərbaycan və dünya ədəbiyyatının oxucularının əksəriyyəti tərəfindən bəyənilən və təqdir olunan nümunələri ilə zənginləşdirilir.Məktəbdə mütaliə həftəsinin keçirilməsi şagirdlərin nitqinin və bədii təfəkkürünün inkişafına yönəldilmişdir.
Bu günlərdə məktəbin ilk mətbu orqanı çap olunaraq şagirdlərə, müəllimlərə və məktəbə təcrübə mübadiləsinə gələn azərbaycanlı və xarici qonaqlara paylanmışdır. Mətbu orqanın 20 səhfəlik jurnal kimi çap edilməsi məsləhət bilinmişdir.Məktəbin adının ingilis dilindəki abreviaturası - EAS jurnala ad verilmişdir. Abreviaturanın altında AVROPA AZƏRBAYCAN MƏKTƏBİ yazılmışdır. Məktəbin loqosu ( ingilis dilində LOGO ) da bu cərgədə göstərilmişdir.
Jurnalın üz qabığında "Bugünümüz və gələcəyə baxışımız " sözlərinin ingilis dilində verilən tərcüməsi də diqqəti gəlb edir: " OUR PRESENT AND FUTURE VİSİON ".
Jurnalı ikidilli təcümə lüğəti də adlandırmaq olar.Məncə bu, Azərbaycan mətbuat tarixində yenilikdir.Jurnaldakı bütün materialların dürüst tərcüməsi verilmişdir.Bu, hər şeydən əvvəl Azərbaycan və ingilis variantlarına məsul olanların - AZƏR MƏMMƏDOVUN və DİANNE ALPERSin tapşırılan məsələyə yaradıcı münasibətləri kimi qiymətləndirilməlidir.Tərcümənin düzgünlüyünü və rəvanlığını nəzərə alaraq, jurnaldan dil dərslərində müqayisəli qrammatika vəsaiti kimi istifadə etmək olar.
Jurnalın III səhifəsində əsas materialların mündəricatı verilmişdir. Burada məktəbin fəaliyyətini işıqlandıran 5 şəklin verilməsi də mənfəətdən xali deyil,çox gərəklidir.
Jurnalın dördüncü və beşinci səhifələrində Avropa Azərbaycan Məktəbinin təsisçisi , Himyədarlar Şurasının Prezidenti Tale Heydərovun proqram xarakterli yazısı verilmişdir.
Oxucular jurnalın altıncı səhifəsində Avropa Azərbaycan Məktəbinin direktoru QREM POLLOKUN mesajı ilə tanış olurlar. "Mesaj "sözü burada ingilis dilindəki mənadan daha geniş anlama uyğun gəlir. Mətnə görə bu sözü tərcümeyi-hal və öhdəlik kimi də başa düşmək olar. Mesajın sonundakı əlaqə vasitəsi də buna işarədir:" Sizdən rica edirəm ki,hər hansı narahatlıq və təklifiniz olarsa,mənimlə
e-poçt ünvanı ilə əlaqə saxlayın : QRAEME.POLLOCK @eas.az ".
Bu sözlərin tərcüməsi də məktəblə təmasda olan insanlarda bacarıqlı rəhbərə dərin inam hissi yaradır: "If you have any concerns and suggestions, please, contact me via
e-mail Graeme.Pollock@eas.az".
Jurnalın yeddinci səhifəsində 20 Yanvar hadisələrindən söz açılır, müəllim və şagirdlərin Şəhidlər Xiyabanına ziyarətindən, şagirdlərin bu qanlı hadisəyə münasibətlərindən danışılır.
Jurnalın 8-ci səhifəsindəki materiallarda dünya şöhrətli yazıçı, illüstrator Mo Uilyamsın Avropa Azərbaycan Məktəbində şagirdlərlə işgüzar görüşündən bəhs olunur. Xatırlatmaq istəyirik ki, Mo Uilyams Bakıya "TEAS Press Nəşriyyat Evinin uşaq bölməsinin fəaliyyətə başlaması ilə əlaqədar gəlmişdi. "Üç alma uşaq ədəbiyyatı " Yeni Nəşriyyat Evi Mo Uilyamsın müəllifi olduğu beş kitabı Azərbaycan dilində nəşr edib.
Jurnalın doqquzuncu səhifəsi məktəbin idman aləminə həsr edilmişdir. Onuncu və on birinci səhifələrdəki yazılarda və foto şəkillərdə 2014-cü ilin noyabrında məktəbin səkkiz şagirdinin Antalya şəhərində keçirilən Bilik Olimpiadasındakı uğurlarından danışılır. Bu Beynəlxalq Olimpiadada məktəbin üç şagirdi qızıl,bir şagirdi gümüş, iki şagirdi isə bürünc medala layiq görülmüşlər.
Jurnalın 12 və 13-cü səhifələrində şagirdlərin Avropa Azərbaycan Məktəbi haqqında ürək sözləri verilmişdir. Səhifənin sərlövhəsi cəlbedicidir: " Avropa Azərbaycan Məktəbi mənim üçün....-- FOR ME THE EUROPEAN AZERBAIJAN SCOOL IS... "
Oxucular jurnalın 14-cü səhifəsində Avropa Azərbaycan Məktəbinin Orta Təhsil Bölməsi üzrə rəhbəri CEYMS ANDERSONLA tanış olurlar.Bu tanışlıq Avropa Azərbaycan Məktəbində təhsilin etibarlı əllərdə olduğunu bir daha təsdiq edir. Ceyms Andersonun başlığa çıxarılan sözləri diqqətəlayiqdir: " \Uşaqlarınızla tanış olarkən ölkənizin parlaq gələcəyini görürəm ".( " İ see a bright future for the country as İ get to know yourchildren").
Jurnalın 15-ci səhifəsi İbtidai Məktəbin Direktotu BEVERLİ GERBEYSİN kiçik yaşlı uşaqların təhsilindən, bu yolda görüləcək işlərdən bəhs olunur.
Jurnalın 16 və 17-ci səhifələrində məktəbdə keçirilən oxu (mütaliə) həftəsindən danışılır.
Oxucular 18 və 19-cu səhifələrdə Azərbaycan və ingilis dillərindəki materiallardan " Beynəlxalq Bakalavriat nədir ?" sualına cavab tapa bilərlər.
"EAS" jurnalının növbəti nömrəsi bu günlərdə oxucuların görüşünə gələcəkdir.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin müəllimi.
30.04.2015.

Bu xəbər oxucular tərəfindən 1651 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |