12.01.2012 [18:33] - Gündəm
London Tehranı Hörmüz boğazını bağlayacağı təqdirdə hərbi eskadra ilə hədələyib
Böyük Britaniya ölkə Hərbi Dəniz Qüvvələrinin (HDQ) ən müasir və təchizatlı gəmisi sayılan “HMS Daring” esminesini Fars körfəzi ərazisinə göndərib.
İnterfax-ın verdiyi xəbərə görə, bu barədə xarici mənbələrə istinadən Çinin “Çjunqo sinven” informasiya agentliyi məlumat yayıb.
Agentlik yazır ki, analitiklərin fikrincə, Fars körfəzinə göndərilən bu gəmi İranın ünvanına yönəldilmiş ciddi siqnaldır.
İngilis müdafiə naziri isə bəyan edib ki, İran Hörmüz boğazını bağlamamalıdır, bu hərəkətlər qanunsuzdur və uğursuzluqla nəticələnə bilər, İngiltərə HDQ gəmilərinin körfəzdə olması isə Hörmüz boğazı vasitəsilə beynəlxalq ticarətin təmin edilməsi üçün vacibdir.
“Çjunqo sinven” agentliyi həmçinin adı çəkilməyən Britaniya yüksəkvəzifəli məmurunun dediklərini sitat gətirərək yazır ki, zərurət yaranacağı təqdirdə Böyük Britaniya Fars körfəzinə daha çox gəmi göndərəcək.

Bu xəbər oxucular tərəfindən 863 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |