30.04.2015 [14:09] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycanda görünən hadisələrdən başqa, daha dəhşətli hadisələr baş verə bilərdi ki, onların qarşısını hüquq-mühafizə orqanları zamanında bacarıqla alıblar”
Bunu Simsar.az-a Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.
Bir nəfər silahlı şəxsin 6 il öncə 30-u apreldə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törətdiyi terror hadisəsindən və təhlkükəsizlik tədbirlərindən danışan deputat bildirib ki, belə hallar dünyanın hər bir ölkəsində, hətta dünyanın ən inkişaf etmiş ölkəsi olan ABŞ-da 11 sentyabr hadisəsi baş verdib: “Vaxtilə yəhudilərə qarşı terror aktı törədilməsi, sinaqoqların və məscidlərin partladılması üçün müəyyən cəhdlər var idi. Amma zamanın da onun qarşısı alındı. Çünki illər keçdikcə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi daha oturuşmuş vəziyyətə gəlib çatır. Əlbəttə ki, burda yalnız dövlət orqanlarının deyil, həmçinin siravi vətəndaşların da sayıqlığı lazımdır”.
Komitə üzü həmçinin düşmənin əks-kəşviyyatının planlarından da danışıb: “Hazırda biz müharibə vəziyyətindəyik. Düşmən tərəfinin və onun arxasında dayanan qüvvələrin kəşviyyatı da dayanmadan işləyirlər. Çalışırlar ki, ölkədə terror həyata keçirsinlər. Amma Azərbaycan güc strurukturuna güvənərək demək olar ki, belə hadisələrin baş vermə ehtimalı minimumdur”.
Bildirək ki, 2009-cu ilin bu günündə bir Fərda Qədirov adlı silahlı şəxs Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) daxil olaraq xüsusi konstruksiyalı "Makarov" tipli tapança ilə qarşısına çıxanların baş nahiyəsinə atəş açıb. Terror nəticəsinə 12 nəfər dünyasını dəyişib, 13 nəfər isə ağır yaralanıb.

Hüseyn İbadlı
Bu xəbər oxucular tərəfindən 800 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |