30.04.2015 [16:10] - Xəbərlər, Mədəniyyət
Qonaq kitabxanada fəaliyyət göstərən sərgi və oxu zallarını, nadir kitablar və şərq ədəbiyyatı fondlarını ziyarət edib, elmi təşkilatın potensial imkanları ilə yaxından tanış olub.
MEK-in direktoru tibb üzrə fəlsəfə doktoru Leyla İmanova qonağa kitabxananın fəaliyyət istiqamətləri barədə məlumat verib. Daha sonra dəyirmi masa ətrafında davam edən görüşdə L.İmanova kitabxanaçılıq sahəsində əməkdaşlığın genişləndirilməsiylə bağlı prioritetlərdən söhbət açıb.
Cənab T.Danestad görüşdən məmnunluğunu ifadə edərək, dəvət üçün təşəkkürünü bildirib. Gələcəkdə hər iki ölkənin kitabxanaları arasında səfirliklər vasitəsiylə əməkdaşlıq əlaqələrini qurmaq təşəbbüsünü yüksək qiymətləndirib. Növbəti görüşlərdə MEK-də İsveç elm və ədəbiyyatının virtual sərgisinin təşkili və bu mövzuda mühazirələrin həyata keçirilməsinin mümkün olacağını bildirib. T.Danestad İsveçdə Azərbaycanla bağlı məlumatların az olduğunu qeyd edərək, gələcəkdə yaradılacaq əməkdaşlığın bu məlumat qıtlığını aradan qaldırmağa xidmət edəcəyinə inandığını bildirib və bu məqsədlə səfərlərin təşkilini məqsədəuyğun hesab edib.
Qonaq azərbaycanlılar haqqında yüksək fikirdə olduğunu bildirərək xalqımızın qonaqpərvərliyi və sülhsevərliyindən danışıb. Bakıya gələn xarici neft sənayeçiləri arasında ilk dəfə məhz Nobel qardaşlarının olmasından dolayı qürurlandığını ifadə edib. L.İmanova görüş əsnasında qonağın kitabxana fəaliyyəti ilə bağlı suallarını cavablandırıb. Bu il ərzində MEK-in oxucular üçün xidmətə başlayacağını diqqətə çatdırıb.
Sonda görüşdən məmnunluğunu ifadə edən qonaq münasibətlərin inkişaf etdirilməsi məqsədilə əməli tədbirlərin həyata keçiriləcəyini bildirib.

Ruslan Kərimov,
AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti
AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |