01.05.2015 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əhvazda ərəb fəallarının saxlanılması geniş vüsət alıb. Son həftələrdə onlarla əhvazlı ərəb fəalının İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir. Bu isə Human Rights Watch və Amnesty Internationalın nigaranlığına səbəb olub.
GünAz TV mətbuat mərkəzinin “Herana”ya istinadən yaydığı məlumata görə, yeni həbs dalğası bölgədə baş verən etiraz aksiyalarının 10-cü ildönümü ərəfəsinə təsadüf edir.
10 il öncə ərəb vətəndaşlar İranın keçmiş prezident müşavirinin məktubuna etiraz olaraq geniş etirazlara başladırlar. Həmin etirazlarda bir neçə nəfər öldürüldü və onlarla ərəb vətəndaşı yaralandı. Prezident müşavirinin məktubunda ərəb bölgəsinin demoqrafik tərkibini dəyişməklə bağlı göstəriş verilmişdir.
İnsan haqları fəalları son saxlanılanların siyahısını Human Rights Watch və Amnesty Internationala təqdim edib.
Saxlanılanların sayı ən azı 78 nəfərdir. Onların sayının 100-dən çox olması da ehtimal edilir.

Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |