Şrift:
İstanbulda dəniz reysləri təxirə salınıb
01.05.2015 [10:25] - Gündəm, Türk dünyası-Turan
Türkiyədə gözlənilən 1 may yürüşləri ilə əlaqədar olaraq, İstanbulda dəniz reysləri təxirə salınıb.

"Anadolu" agentliyinin verdiyi məlumata görə, mayın 1-də İstanbul metrosu da işləməyəcək.

Türkiyənin Həmkarlaq İttifaqları "1 May - Zəhmətkeşlərin Həmrəyliyi Günü" münasibətilə yürüş keçirmək və Taksim meydanında mitinq təşkil etmək üçün İstanbul Bələdiyyəsinə müraciət edib. Lakin şəhər rəhbərliyi onlara rədd cavabı verib. Cavabda Taksim meydanının bu cür tədbirlər üçün uyğun olmadığı bildirilib.

Polis artıq mitinq ehtimalı ilə Taksim meydanına giriş-çıxışı bağlayıb.

Qeyd edək ki, 2013-cü il mayın 31-də Taksim meydanında ticarət mərkəzinin tikintisinə başlanılıb, bundan sonra İstanbul və digər Türkiyə şəhərlərdə aksiyalar keçirilib.
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed