01.05.2015 [10:28] - Gündəm, İdman
Mayın 1-də Çexiyanın Raçitse şəhərində start götürəcək kayak və kanoe üzrə Avropa çempionatı öncəsi Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, əsas medal ümidlərindən sayılan kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko xəstələndiyi üçün heyətdən çıxarılıb.
Hazırda müalicə alan 32 yaşlı idmançını gənc Nikita Sablin əvəzləyib. Sablin 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq.
Qeyd edək ki, 3 gün davam edəcək Avropa çempionatında Azərbaycanı N.Sablindən əlavə, Anatoli Melnik və Sergey Bezuqlıy - Aleksey Kupin dueti kanoe, İnna Osipenko-Radomskaya və Mirnazim Cavadov kayak növündə təmsil edəcək.

Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |