Şrift:
İranlı general: -Dini lider ölkənin hərbi gücünün artırılması üçün ordu və Sepaha göstəriş verib
01.05.2015 [12:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran silahlı qüvvələrinin baş qərargah rəisi, general Həsən Firuzabadi aprelin 30-da jurnalistlərə açıqlamasında ölkənin dini lideri ayətullah Əli Xamneyinin ordu və “Sepah”a yeni göstərişindən danışıb.
Müəllim günü münasibətilə Tehranın Milli Müdafiə Universitetində keçirilən tədbirdə jurnalistlərə açıqlama verən Həsən Firuzabadi deyib ki, o ölkənin dini liderinin yeni göstərişini “Sepah” və ordu komandirlərinə açıqlayıb: “İranın dini lideri ölkə silahlı qüvvələrinin ali baş komandanı olaraq ordunun, eləcə də İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) hərbi baxımdan gücünün artırılması barədə göstəriş verib.

Mən silahlı qüvvələrin baş qərargahının iclasında dini liderin həmin göstərişini ordu, “Sepah”, hüquq-mühafizə qüvvələri komandanlarına, eləcə də “Xatəm ül Ənbiya” qərargahının komandirlərinə çatdırmış, məsələni onlarla bir araya qoyub müzakirə etmişəm. Biz illərdir ki, hərbi baxımdan gücümüzü gündən-günə artırır və hər üç aydan bir, hərbi qüvvələrimizin durumu və müdafiə qabiliyyətinin vəziyyəti barədə ölkə rəhbərinə məlumat veririk”.
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed