Şrift:
BMT TŞ-nın İranla bağlı yeni hesabatı - sensasion faktlar
02.05.2015 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
BMT-nin mütəxəssisləri tərəfindən hazırlanaraq Təhlükəsizlik Şurasına təqdim olunan gizli hesabatda İranla bağlı şok faktlar açıqlanıb.

Davam.az xəbər verir ki, Avropa.infonun Əl-Ərabiyyəyə istinadən verdiyi xəbərə görə 2013-cü ildə Yəmən hökuməti İrana aid silah yüklü bir gəmini saxlamış, məsələni araşdırması üçün BMT TŞ-na müraciət etmişdi.

Müraciətdən sonra məsələni araşdırmağa başlayan mütəxəssislərin hazırladığı gizli hesabatda İran hökumətinin 2009-cu ildən bu yana Yəməndəki husi terrorçularına silah yardımı etdiyi bildirilir.

Keçən həftə TŞ-na təqdim olunan hesabat müzakirə üçün şuranın İrana qarşı tətbiq olunan sanksiyalara nəzarət edən komissiyaya həvalə olunub.

Hesabatda Yəməndəki terrorçuların silahlanmasının yeganə mənbəyi kimi İran göstərilir. Amma İranın göndərdiyi silahların Yəməndə qalması və ya qonşu ölkələrdəki üsyançılara da keçməsi məsələsinin sual altında olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed