Şrift:
Əli Dayi Urmu gölünün canlandırılması üzrə beynəlxalq səfir təyin edilib
02.05.2015 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünya şöhrətli azərbaycanlı keçmiş futbolçu Əli Dayi Urmu Gölünün canlandırlıması üzrə beynəlxalq səfir təyin edilib.
Qərbi Azərbaycan valisi 4-cü gün (pəncşənbə günü) Ə.Dayiyə lövhə təqdim edərək onu Urmu gölünün canlandırılması üzrə beynəlxalq səfir təyin edib.

Qubanəli Səadət tərəfindən təqdim olunan lövhədə Ə.Dayinin ətraf-mühit və Urmu gölünün canlandırılması uğrunda apardığı fəaliyyətlər yüksək qiymətləndirilib və bu cəhətdən Urmu gölünün canlandırılması üzrə birinci beynəlxaq səfir kimi təyin edildiyi bildirilib.

Bu arada qeyd edək ki, Urmiyəyə gələn Ə.Dayi hava limanından bir başa bu şəhərin Teleradio Şirkətinə gedib və orada Ulduz proqramının qonağı olub. Türk dilində söhbət edən Ə.Dayi azərbaycanlı olduğu ilə fəxr etdiyini bildirib və Urmu gölü böhranından olduqca nigaran olduğunu dilə gətirib.
Bu xəbər oxucular tərəfindən 592 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed