02.05.2015 [11:24] - Gündəm, Türk dünyası-Turan
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) təşəbbüsü ilə Türkiyədəki Karabük Universitetində “Türkiyə-Azərbaycan Elm və Dostluq Guşəsi”nin açılışı olmuşdur.
QAFSAM-ın təşəbbüsü və sponsorluğu, eləcə də Karabük Universiteti Beynəlxalq Münasibətlər Klubunun təşkilatçılığı ilə Karabük Universitetində “Türkiyə-Azərbaycan Elm və Dostluq Guşəsi”nin açılışı olmuşdur. Guşədə Azərbaycan tarixi, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ problemi, uydurma erməni iddiaları, Azərbaycanın keçdiyi inkişaf yolu, Cənubi Qafqazdakı etnik münaqişələr, problemlər və əməkdaşlıq imkanları barədə kitablar, mövzu ilə bağlı məqalələrin dərc olunduğu jurnallar və elektron resurslar nümayiş etdirilib. Universitetin kitabxanasında açılan guşə daimi xarakter daşıyacaq.
Guşənin açılışından sonra isə “100-cü ilində soyqırım iddiaları” adlı konfrans keçirilib. Konfransda Karabük Universitetinin müəllimləri Ersin Müezzinoğlu və Umut Kedikli çıxış etmişdir. Üniversitetin tələbə-müəllim heyətinin marağına səbəb olan tədbirdə ermənilər tərəfindən ortaya atılan iddiaların əsassızlığı və əsl qətliamların Tüklərə qarşı törədildiyi qeyd olunmuşdur.
Tədbir Türkiyə mediasında geniş işıqlandırılmışdır.
Xatırladaq ki, yeni guşənin açılması Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Türkiyə və Gürcüstan universitetlərində Qarabağ guşəsi yaradılması” layihəsinin davamı kimi həyata keçirilmişdir.

Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |