02.05.2015 [19:26] - Gündəm, Hüquq
İnsan Hüquqları üzrə Müvəkkil E.Süleymanova Bakıda keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Azərbaycan Konstitusiyasının 20 illiyinə həsr edilən “Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda III Beynəlxalq elmi konfransın bir qrup iştirakçısını, beynəlxalq miqyasda tanınan hüquqşünas alimlərlə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Rusiya Federasiyası (RF) Kriminalistlər və Kriminoloqlar Beynəlxalq İttifaqının prezidenti, professor İ.Matskeviç, Moskva İqtisadiyyat və Hüquq Akademiyasının prorektoru, professor O.Zaytsev, O.E. Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının dosenti V.Orlov, RF Daxili İşlər Nazirliyinin Polis Akademiyası Beynəlxalq Elm Mərkəzinin rəhbəri, professor V.Qriqoryev, Təhsil Nazirliyinin departament rəhbərinin müavini, professor P.Qolovnenkov, Beynəlxalq Hüquqi Təşəbbüslərə Dəstək Fondunun direktoru, professor A.Miqunov, habelə Almaniyanın Potsdam, Makedoniyanın Müqəddəs Kiril və Üsulları Universitetlərinin hüquq fakültələrinin tanınmış elm xadimləri iştirak ediblər.
Müvəkkil qonaqları salamlayıb, konfransın işinin uğurla başa çatdırdığını hüquqi, demokratik dövlət quruculuğunun nəzəriyyə və təcrübəsinin aktual problemlərinin müzakirə olunduğunu, beynəlxalq ekspertlərin sanballı elmi məruzələrinin dinlənildiyini söyləyib. O, Azərbaycan Ombudsmanının mandatı, səlahiyyətləri, insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətinin əsas istiqamətləri və nəticələri barədə məlumat verib.
Qeyd edilib ki, Milli İnsan Hüquqları Təsisatı kimi fəaliyyət göstərən Azərbaycan Ombusman İnstitutu BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən hələ 2006-cı ildə “A statusu” ilə akkreditasiya olunub. Təsisatın Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiyasiyasının, Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvü olduğu bildirilib.
E.Süleymanova BMT-nin Saziş qurumlarına hökumət tərəfindən təqdim olunan hesabatların hazırlanması işində təsisatın fəal iştirak etdiyini və Ombudsmanın Əlavə hesabatının təqdim edildiyini vurğulayıb. Müvəkkil təsisatının yarandığı ilk vaxtlardan müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlarla yanaşı, vətəndaş cəmiyyəti ilə də sıx əməkdaşlıq etdiyi, Ombudsman yanında Müstəqil Ekspertlər Qrupunun yaradıldığı vurğulanıb.
Müvəkkilin yeni səlahiyyətləri barədə qonaqlara məlumat verilib. Bildirilib ki, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunun respublikamız tərəfindən ratifikasiya olunduğunu nəzərə alaraq, Ombudsman təsisatı milli preventiv mexanizm kimi müəyyən edilib. Bundan başqa, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə nəzarətin də Ombudsmana həvalə olunduğu bildirilib.
Müvəkkil tərəfindən yaradılan Milli Preventiv Qrupun səmərəli fəaliyyət göstərdiyi, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə , o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlillər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına müntəzəm olaraq başçəkmələr həyata keçirdiyi vurğulanıb.
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının uğurla icra edildiyi vurğulanıb. Ombudsmanın respublikanın hər bir rayonunda yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və milli azlıqların nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirdiyi nəzərə çatdırılıb.
Ombudsman təsisatının, müvafiq dövlət qurumlarına 460-dan çox təklif və tövsiyələr verdiyi, bunların 60 faizindən çoxunun artıq təmin edildiyi bildirilib.
Professorlar İ.Matskeviç, O.Zaytsev, A.Miqunov, həmçinin Almaniyanın Potsdam Universitetinin Hüquq fakültəsinin kansleri U.Helman səmimi qəbul, ətraflı məlumat və fikir mübadiləsi üçün E.Süleymanovaya təşəkkürlərini bildiriblər. Qonaqlar Azərbyacan Ombudsmanının adı çəkilən konfransdakı əhatəli çıxışını, ümumən insan hüquqları sahəsində zəngin təcrübəsini, innovativ təşəbbüslərini yüksək dəyərləndirmiş, onunla əməkdaşlıqda maraqlı olduqlarını söyləyiblər.
Müvəkkil fikir və təcrübə mübadiləsinin həmişə faydalı olduğunu, tərəflərin qarşılıqlı olaraq zənginləşdiyini diqqətə çatdırıb. O, Ombudsman təsisatının əməkdaşları üçün insan hüquqları sahəsində birgə treninq-seminarın keçirilməsini təklif edib, Potsdam Universitetinin professoru, U.Helmanı həmin maarifləndirmə tədbirinə beynəlxalq ekspert qismində dəvət edib.
Görüşün sonunda qonaqlara Ombudsman Aparatının divarlarında asılan Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən “Cənubi Qafqaz--1903-cü” il, “Ermənistanda etnik təmizləmə və Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü” (1948-1953,1988-1993) və “Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsi” qarşısında bu nadir xəritələr barədə ətraflı məlumat verilib.
AMEA-nın A.A Bakıxanov adına Tarix İnstitutu direktorunun elmi işlər üzrə müavini, tanınmış tarixçi alim Cəbi Bəhramov bu xəritələr haqqında danışıb, Azərbaycan həqiqətlərini diqqətə çatdırıb. O, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımızın ağır məşəqqətlərlə üzləşdiyini, mərhələ-mərhələ aparılan bu siyasət nəticəsində soydaşlarımızın öz tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qaldığını, toponimlərin, əzəli yurd yerlərimizin adlarının məqsədyönlü şəkildə dəyişdirildiyini diqqətə çatdırıb. Bu siyasətin məqsədinin azərbaycanlıları əzəli yurd yerlərindən qovmaq, həmin ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olduğu qeyd edilib.
Məlumatlar böyük maraqla dinlənilib və qonaqların çoxsaylı sualları cavablandırılıb. Qonaqlara Ombudsmanın loqosu olan xatirə hədiyyələri, həmçinin Kamran İmanovun rus və ingilis dillərində nəşr olunan “Erməni yadelli nağılları” adlı kitab təqdim edilib.

Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |