12.01.2012 [22:53] - Xəbərlər
Yəməndə dini qarşıdurma nəticəsində 20 nəfər həlak olub
Yəmənin şimal-qərbində islamçı qruplaşmalar arasında baş verən qarşıdurma nəticəsində ən azı 20 nəfər həlak olub. Bu barədə ərəb media orqanları Yəmən rəsmilərinə istinadən məlumat verirlər.
Məlumata görə, sələfi məzhəbinin tərəfdarları ilə «Əl-Hüsi» şiə tayfa konfederasiyasının tərəfdarları arasında silahlı qarşıdurma Qırmızı dəniz sahilindəki Maydi şəhərinin yaxınlığında baş verib.
«Əl-Hüsi» silahlıları bu bölgədə ənənəvi olaraq hökumət qoşunları və sünnilərə qarşı mübarizə aparırlar. 2011-ci ilin aprelindən etibarən mərkəzi hökumət bu bölgəyə nəzarəti itirib.

Bu xəbər oxucular tərəfindən 1043 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |