04.05.2015 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ-ın vitse-prezidenti Co Bayden mayın 1-də “Orta Şərq Siyasəti Üçün Vaşinqton” İnstitutunda çıxış edərək Qərbin İranla apardığı nüvə müzakirələrindən və ABŞ-ın Tehrana qarşı masa üzərində olan hərbi seçimindən danışıb.
İranla nüvə danışıqlar aparılmasını dəstəklədiyini bildirən Co Bayden, ABŞ-ın İsrailə dəstəyi barədə üzərinə götürdüyü öhdəliyinə təkid edib: “İrana hücum bir riskdir. Lakin İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün bizim bu riskə getməyimizin ehtimalı hələ də var. İrana hücum sadə bir məsələ deyil. Bu barədə proqnoz vermək də asan iş deyil. Lakin lazım olsa bu olacaq.
Biz, İranla nüvə razılaşmasını dəstəklədiyimiz bir halda, İsrail və bölgədəki digər müttəfiqlərimizlə əlaqələrimizi də gündən-günə dərinləşdiririk. Hesab edirik ki, İranla danışıqlar nəticə verməsə hərbi seçim gündəmə gələ bilər və lazım olsa İrana qarşı hücuma da keçərik”.

Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |