Şrift:
Tuni Olivera gələn il Traxtur komandasında qalacaq
05.05.2015 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
““Traxtur” klubunun Tehrana intiqal edilməsi şayiədir. Bunu yayanlar hazırda super liqa cədvəlinin 1-ci pilləsində olan “Traxtur”a zərbə vurmaq məqsədi güdür”. Bu barəd Təbrizin “Traxtur” futbol takımının idarə heyətinin üzvü danışıb.
Dara Qəznəvi bildirib ki, “Traxtur” komandası Azərbaycana aiddir və mən bu klubunun idarə heyətinin bir üzvü kimi yayılan xəbəri təkqib edirəm.

D.Qəznəvi əlavə edib ki, “Traxtur” klubunun Tehranda sadəcə bir ofisi var. Onun işi ancaq sponsor tapmaq və iqtisadi fəaliyyətlərdir. Lakin klubun bütün işləri Təbrizdə görülür.”

İdarə heyətinin üzvü klubun gələcək hədəflərindən də danışıb: “İdarə heyəti cənab Abbasidən istəyib ki, “Traxtur”un baş məşqçisi Tuni Olivera ilə müzakirə edib, onu gələn il üçün saxlasın və proqramlarını öyrənsin. İnşallah bu şəkildə yenidən növbəti çempionluğa addımlayarıq.”
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed