Şrift:
İranda bahalıq səngimir: Urmiyədə taksilərin gediş haqqı artacaq
05.05.2015 [10:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son vaxtlar İranın müxtəlif bölgələri, xüsusi ilə də mərkəzdən uzaq bölgələri bürüyən bahalıq səngimək bilmir.
Məlumata görə, bundan sonra Urmiyə əhalisi şəhər daxilində hərəkət üçün daha çox pul xərcləməli olacaq. Bu barədə Urmiyənin Taksiçilik Təşkilatının müdir-amili məlumat verib.

Fəxrəddin Məsumzadə bildirib ki, ölkədə inflyasiyanın artdığına görə Urmiyə şəhərində taksilərin gediş haqqı artacaq.

Onun sözlərinə görə, yeni qiymət xordad ayında (hicri-şəmsi təqvimi ilə) elan olunacaq.

Rəhbərlik etdiyi Təşkilatın gələcək proqramlarından danışan Məsumzadə bu il Təşkilata 1 milyard 50 milyon tümən vəsait ayrıldığını diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed