05.05.2015 [12:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir qrup azərbaycanlı milli-mədəni fəal, şair və yazıçı Dünya Ana Dili Günü hadisələri ilə bağlı Bəyanat yayıb.
Rum surəsinin 22-ci ayəsi ilə başlanan Bəyanatda 21 fevral (22 isfənd) Birləşmiş Millətlər Təşkilatının YUNESKO Təşkilatı tərəfindən Dünya Ana Dili Günü kimi tanındığı, İran Anayasasının 15-ci əsli və prezident Həsən Ruhaninin təbliğat-təşviqat dönəmi türk dilinin tədrisi və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması ilə bağlı verdiyi sözlər xatırladılıb.
Bəyanatda qısaca bildirilir:
“Yuxarıda qeyd olunan faktları nəzərə alaraq Dünya Ana Dili Gününə 2 aydan çox qaldığı bir vaxtda, azərbaycanlı mədəni fəallar Dünya Ana Dili Gününü ağırlamaq məqsədi ilə mərasim keçirmək üçün icazə almağa və bu istiqamətdə fəaliyyət göstərməyə başlayıblar. Onlar internetdə “Dünya Ana Dili Gününü ağırmaq mərasimi üçün icazə kampaniyası”na başlayıb və olduqca şəffaf şəkildə imza toplayıblar. Tehran, Baharistan, Kərəc, Qəzvin, Təbriz, Urmiyə və s. kimi şəhərlərdə isə bir sıra azərbaycanlı ziyalı öz şəxsi adı ilə mərasim keçirmək üçün səlahiyyətli orqanlara müraciət edib. Lakin təəssüflər olsun ki, sözü gedən mərasimi keçirmək mümkün olmayıb və buna icazə verilməyib. Ən önəmlisi isə bu fəaliyyətlərlə əlaqədar Dünya Ana Dili Günü ərəfəsində 7 nəfər azərbaycanlı saxlanılıb:
Əli Rzayi – Tehranda
Əmin Hacilu – Xoyda
Araz Xassetəraş – Xoyda
İslam Əkbərlu – Xoyda
Fərdin Nobəxt – Meşginşəhrdə
Aydın Zakir – Meşginşəhrdə
Əlirza Fərşi – Tehranda
Dünya Ana Günündən 3 gün sonra isə Teknoloji Şərif Universiteti tərəfindən fars dilində mərasimin keçirilməsinə verilən icazə, universitetdən kənar qüvvələr tərəfindən ləğv edildi.
Buna baxmayaraq ərəblər və kürdlər üçün oxşar mərasimin keçirilməsinə icazə verildi, lakin biz onlar üçün bu imkanın yaranmasından narahat deyilik... .”
Bəyanatda ölkə məsullarından istənilir ki, “anayasanın 27-ci maddəsini nəzərə alaraq bu kimi mərasimlərə icazə verilməlidir. Həmçinin İran və digər milləttlərin mənafeinə uyğun olaraq, ölkədə yaşayan digər millətlərin hüquqlarına hörmət edilməli və bu istiqamətdə addımlar atılmalıdır.”
Bəyanatı imzalayan ziyalılar məhbus fəalların da azadlığa buraxılmasını tələb ediblər.
Bəyanatın surəti Mədəniyyət və İrşad Nazirliyi, Tehran və Təbrizin Şəhər Şurası, bir çox azərbaycanlı millət vəkili və Tehran məsullarına göndərilib. Bəyanat, onlarla tanınmış milli-mədəni fəal, yazıçı, şair və ictimai xadim tərrəfindən imzalanıb.

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |