Şrift:
İnzibati Komitə Traxtur komandasının əleyhinə qərar çıxardı
06.05.2015 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran üzrə futbol klublarının super liqa rəqabətlərin son günlərinə yaxınlaşdığı və rəqabətlərin kəskinləşdiyi bir dönəmdə Təbrizin “Traxtur” futbol takımı yenidən İnzibati Komitənin cərimə qərarı ilə üzləşib.
Futbol Federasyonunun İnzibati Komitəsi super liqa rəqabətlərinin 26-cı həftəsində Təbrizdə “Traxtur”la “Saypa” komandaları arasında keçirilən müsabiqə ilə bağlı qərar çıxarıb. Qərarda “Traxtur” tərəfdarları bir sıra hərəkətlərə görə ittiham edilib və “Traxtur” komandası 30 milyon rial cərimə ödəməyə məhkum olunub.

Həmçinin “Traxtur” oyunçusu Həbib Qurdani və məşqçi Kardos Antonio idman rəftarına sığmayan hərəkətlərdə günahlandırılıb və qərara əsasən, hər biri, bir oyun öz komandasından uzaqda qalmalı və 10 milyon rial cərimə ödəməlidir.

Qeyd edək ki, “Traxtur” komandasının xəbərlərini izləyənlər komanda barəsində zaman-zaman bu kimi qərəzli qərarların çıxarılması və onun mahiyyəti ilə tanışdılar
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed