Şrift:
Oland və kral Salman: İranla yekun razılaşma bölgədə sabitsizliyə səbəb olmamalıdır
06.05.2015 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 4-də Əl-Riyada səfər edən Fransa prezidenti Fransua Oland, Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz Ali-Səudla görüşərək bölgədəki vəziyyət və İranla yekun nüvə razılaşması barədə birgə bəyanat yayıblar.
Birgə bəyanatda deyilir ki, iki ölkənin rəhbərləri təkbətək görüşdə İranın Yəmən və Suriyadakı rolu barədə fikir mübadiləsi aparıblar: “Fransa və Səudiyyə Ərəbistanı İranla Qərb arasında möhkəm, şəffaf, davamlı və dəqiq bir razılaşmanın əldə olunmasının zəruriliyinə təkid edirlər. Hesab edirik ki, belə bir razılaşma bölgədə sülh və sabitliyi təhlükə ilə üz-üzə qoymamalı, İranın qonşularını təhdid etməməli, onların sabitliyinin pozulmasına gətirib çıxarmamalıdır”.

Qeyd edək ki, kral Salmanla Fransua Olandın bölgədəki vəziyyətlə bağlı danışıqları mayın 5-də keçiriləcək Körfəz Əməkdaşlıq Şurasının iclasında davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed