06.05.2015 [10:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 4-də Güney Azərbaycanın Ərdəbil şəhəri daha bir etiraza şahid olub. Bu dəfəki etiraz sahil şəhərciyinin altyapı işləri və bununla bağlı verilən vədlərlə bağlı olub.
İcra hakimiyyəti binasının qarşısında keçirilən aksiyada sakinlər Sahil şəhərciyinin təməl işləri ilə bağlı verilən sözlərinin yerinə yetirilmədiyini bildirib və bu işlərin görülməsini tələb ediblər.
Etirazçılar kütləvi informasiya vasitələrindən istəyiblər ki, “jurnalistlər şəhərciyin vəziyyəti ilə bağlı raport hazırlayıb və onu geniş şəkildə işıqlandırsınlar”. Onlar xiyabanların asfaltı, su və kanalizasiya sistemi, şəhərin natəmiz vəziyyəti və iyilənməsi və bundan dolayı bir sıra xəstəliklərin yayılması kimi məsələlərdən şikayətləniblər.
Məsulları verdiyi sözlərə görə cavabdeh olmağa çağıran etirazçılar, icra başçısından şəhərciyə gəlməsini və onların vəziyyəti ilə yaxından tanış olmasını istəyiblər.

Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |