06.05.2015 [10:55] - Gündəm, Mədəniyyət
Səfiri salamlayan MEK-in direktoru tibb üzrə fəlsəfə doktoru Leyla İmanova qonağı kitabxanada gördüyünə məmnun olduğunu bildirib, MEK-də davam edən islahatlar, müxtəlif istiqamətlərdə görülən işlərdən danışıb. Əməkdaşlığın genişləndirilməsi üçün mübadilə layihələrinin həyata keçirilməsinin, sərgilərin təşkil olunmasının, hər iki ölkənin kitabxanaları arasında əlaqələrin qurulmasının önəmini qeyd edib.
Səfir Toyli Komekov öz növbəsində dəvətə görə təşəkkürünü bildirib. Türkmənistanın son illərdə keçdiyi inkişaf yolundan, ölkələrimiz arasında əməkdaşlıqdan danışıb. İki ölkə arasında digər sahələrlə yanaşı, elm, təhsil, mədəniyyət sahələrində də fəal əməkdaşlığın olduğunu vurğulayıb. Diplomat həmçinin AMEA ilə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından söz açıb.
Ötən il səfirliyinin dəstəyi ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilən türkmən şairi və filosofu Məhtumqulu Fərağinin 290 illiyinə həsr edilmiş tədbirdən, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə görüşdən bəhs edib.
Sonra səfir kitabxananın sərgi zalını, akademiklər zalını, Şərq ədəbiyyatı və Əsas kitab fondlarını ziyarət edib. Şərq ədəbiyyatı fondunda türkmən ədəbiyyatının görkəmli ədəbi simalarının həyat və yaradıcılığını əks etdirən bölmə diplomatın xüsusi marağına səbəb olub.
Sonda səfir özünun müəllifi olduğu “Туркменистан: стратегия мира и развития” adlı kitabı, türkmən milli xalçaçılıq ənənələrini əks etdirən, qədim xalça nümunələrinin fotolarından ibarət “Canlı əfsanə” adlı kitabı və digər kitabları Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib.
Görüşdə əlaqələrin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq sazişinin imzalanması barədə razılıq əldə olunub.

Ruslan Kərimov,
AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti
AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |