Şrift:
ABŞ rəsmisi: -İranla iqtisadi alış-verişə girmək üçün hələ tezdir
06.05.2015 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Dövlət Departamentinin sözçüsü Ceff Ratke mayın 4-də jurnalistlərə açıqlamasında bu ölkədən Tehrana iqtisadi bir heyətin səfər edəcəyi ilə bağlı İranın hökumət saytlarında yayılan məlumata reaksiya verib.
Ceff Ratke deyib ki, o amerikalı bir neft heyətinin cari həftədə İrana səfəri barədə yayılan xəbər haqda dəqiq heç nə deyə bilməz: “Bu xəbəri təsdiq etmək çox çətindir. Yayılan məlumatda İrana səfər edəcəkheç bir şəxs və ya şirkətin adı da açıqlanmayıb. Hesab edirik ki, İranla iqtisadi alış-verişə girmək üçün hələ tezdir. Hər halda Amerika hökuməti İrana qarşı sanksiyaları pozan hər bir fəaliyyəti nəzarətdə saxlayaraq ona qarşı ciddi tədbir görəcək”.

Mayın 4-də İranın “Mehrnews” agentliyi ölkənin neft nazirinin müavini, Neft-Kimiya Milli Sənayesi Şirkətinin ictaçı direktoru Abbas Şeri Müqəddəmə istinadən yaxın günlərdə bir amerikalı ticari heyətinin İrana səfəri barədə məlumat yayıb.

Abbas Şeri Müqəddəm deyib ki, amerikalı heyət, ölkədə sərmayə qoyuluşu ilə bağlı fürsətləri araşdırmaq, İran neft şirkətləri ilə birgə əməkdaşlığın mümkünlüyünü örənmək məqsədilə İrana səfər edəcək: “Belə proqnoz verilir ki, amerikalı neft heyətinin Tehrana səfərindən sonra, eləcə də ölkənin neft sənayesinə qoyulan sanksiyaların ləğvinin ardınca, biz yaxın gələcəkdə Amerikanın iri neft-qaz beynəlxalq şirkətlərinin İranda fəaliyyət göstərməsinin şahidi olacağıq”.
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed