Şrift:
Qərbi Azərbaycan jurnalistlərindən polis qüvvələrinə baykot
06.05.2015 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir neçə gün öncə Güney Azərbaycanın Urmiyə şəhərində futsal müsabiqələrinin birində iki jurnalist polis hücumuna məruz qalıb və möhkəm döyülüb.
Polisin bu zorakı hərəkəti kütləvi informasiya vasitələri və yerli məsulların kəskin etirazına səbəb oldu, lakin gözlənildiyi kimi, günümüzə qədər bu işdə əli olan heç bir polis məmuru cəzalandırılmayıb və bu istiqamətdə hərhansı addım atılmayıb. Kütləvi informasiya vasitələrinin nümayəndələri isə öz etirazlarını davam etdirir və geriyə oturmaq fikirləri yoxdur.

Son məlumata görə, Qərbi Azərbaycan Vilayətində 80 jurnalist bu vilayətin Polis rəisinə açıq məktub yazaraq bu məsələyə kəskin etirazlarını bildirib. Bütün siyasi cərəyanlara aid edilən jurnalistlər yazdıqları məktubda polis qüvvələrini baykot etdiklərini bildiriblər. Onlar bəyan edib ki, “Daxili istəyimizə rəğmən, bu hadisə araşdırılıb və nəticə əldə edilməyənə qədər, polis qüvvələrinin tədbirlərinə gedilməyəcək və onların xəbəri işıqlandırılmayacaq.”

Məktub 80 jurnalist tərəfindən imzalanıb.
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed