06.05.2015 [13:12] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Yas mərasimlərində israfçılığın baş alıb getməsi kimi məsələləri cəmiyyət özü tənzimləməlidir”
Fazil Mustafa: “Burada zorla dəyişiklik yaratmaq artıq mümkün deyil”
Əhməd Qəşəmoğlu: "Yas mərasimlərinin dəbdəbəli keçirilməsinin arxasında maddi maraqlar güdən müəyyən şəbəkə var”
Dəbdəbəli, israfşılıqla müşayiət olunan yas mərasimləri cəmiyyətdə böyük narazılıqla qarşılansa da, hələ də belə mərasimlərə kifayət qədər geniş formada rast gəlinir. Bir müddət əvvəl sözügedən məsələ ilə bağlı aparılan təbliğat nəticəsində yas mərasimlərində isrfaçılığın hökm sürməsi kimi zərərli və dinimizə zidd olan vərdişlər bir müddət arxa plana keçdi. Amma son proseslər bu məsələdə vəziyyətin hələ də düzəlmədiyini göstərir.
Millət vəkili Fərəc Quliyev mövcud problemin cəmiyyət tərəfindən tənzimlənməli olduğunu düşünür: "Elə məsələlər olur ki, onu dövlət tənzimləmir. Elə məqamlar var ki, onu sənaye resursları ilə tənzimləmək mümkün olmur. Məsələn, bir vaxt deyirdilər ki, ozon qatı deşilir, sonra təbiət özü onu tənzimlədi. Adət-ənənə məsələlərində də elə məsələlər var ki, ona dövlətin müdaxiləsi ya mümkün, ya da uyğun deyil. Yas mərasimlərində israfçılığın baş alıb getməsi kimi məsələləri cəmiyyət özü tənzimləməlidir. Arada bu mərasimlərdə israfçılığa son qoyuldu ki, bu da yaxşı bir ənənə idi. Amma təəssüf ki, yenidən əvvəlki davranış tərzinin ortalıqda olduğunu müşahidə edirik. Düşünürəm ki, din adamları tərəfindən, televiziyalar və kütləvi informasiya vasitələrində yas mərasimlərində israfçılığa qarşı mübarizə məsələsinin daha çox təbliğ olunması, məhəllə ağsaqqalları, ictimai rəy liderlərinin məsələyə münasibət bildirməsi lazımdır. Amma prosesin dövlət tərəfindən tənzimlənməsi mümkün deyil. Bəzən millət vəkillərindən də yas və toy mərasimlərini tənzimləmək üçün qanunlar qəbul etməyi xahiş edirlər. Lakin düşünürəm ki, həmin mənfi halı cəmiyyət özü tənzimləməlidir. Bunun başqa yolu yoxdur. Bu istiqamətdə millət vəkilləri, vəzifəli şəxslər, ictimaiyyətlə işləyən bütün adamlar nümunə göstərməlidirlər ki, əhali də onlara baxıb sərgilədikləri israfçılığa son qoysunlar. Amma bütün hallarda məsələnin həllini cəmiyyətin öhdəsinə buraxmaq lazımdır”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, maddi maraq güdən müəyyən dairələrin olması yas mərasimlərindəki israfçılıqdan xilas olmağa bizə imkan vermir: "İstər yas, istərsə də toy mərasimləri olsun, neçə illərdir, burada hökm sürən israfçılıqla mübarizə aparırıq, amma görünən odur ki, bu nəticəsizdir. Aparılan mübarizə müəyyən səbəblərə görə nəticə vermir.
Çünki yas mərasimlərinin dəbdəbəli keçirilməsinin arxasında maddi maraqlar güdən müəyyən şəbəkə var. Hansı ki, bu şəbəkə də maddi vasitələrdən əlinin üzülməsini istəmir. Yas mərasimlərinin keçirildiyi zallar yüksək gəlir gətirən sahələrdəndir. Həmçinin, yas mərasimlərində işlədilən bir çox nemətləri ora gələnlərə bir neçə dəfə satırlar ki, bu da böyük gəlir verir. Bu sahə böyük bir biznes üzərində qurulub. Ona görə də biznes strukturu yas və toy mərasimlərindəki israfçılıq və dəbdəbənin aradan qaldırılmasına maneə olur, ona müqavimət göstərir. Sosioloq olaraq, gəldiyim qənaət ondan ibarətdir ki, belə hallara yol verənlərlə mübarizə aparmamalıyıq. Çünki, mübarizə aparılsa da, nəticədə gördük ki, gücümüz çatmır. Deməli, bu yolla mübarizə üsulu faydasızdır. Belə olanda çalışmalıyıq ki, bütün diqqəti başqa ölkələrdə olan yaxşı adət-ənənələrin təbliğinə yönəldək. İnsanlarımız daha çox Avropadan nümunə götürməyə çalışır. Avropa ölkələrində olan müsəlman icmaları yas mərasimlərini necə təşkil edirlərsə, çalışmalıyıq ki, onları təbliğ edək. Habelə, tez-tez insanlara başa salmalıyıq ki, yas mərasimlərindəki dəbdəbə gerizəkalılığın nəticəsidir. Düşünürəm ki, bu kimi təbliğat yolları ilə problemin həllinə nail olmaq daha effektli olacaq”.
Millət vəkili Fazil Mustafa isə problemin kökünü xalqın bu məsələdə maariflənməməsində görür: "Yas mərasimlərindəki israfçılığın yenidən özünü göstərməsi ondan irəli gəlir ki, əhalinin əksəriyyətinin ictimai yetkinlik məsələsində problemi var. Dövlət tərəfindən də israfçılığın aradan qaldırılması tövsiyə olundu. Amma bəzi insanlar deyir ki, biz dini başa düşmürük, İslamdan fərqli öz dinimiz var, ona görə də bildiyimiz kimi davranacağıq. Məsələnin kökü ondadır, ona görə, burada zorla dəyişiklik yaratmaq artıq mümkün deyil. Belədə, israfçılığın yenidən özünü göstərməsi gözlənilən idi. Hesab edirəm, bu fonda ölkəmizi çox yanlış gələcək gözləyir. Bu məsələdə daha səviyyəli davranma imkanlarını əldən buraxdıq”.

Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 1127 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |