07.05.2015 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Birinci gündən başlayan yağış Təbriz şəhərində qeyri-adi vəziyyət yaradıb.
Məlumata görə, yeraltı keçidlər hovuza çevrilib və şəhərin müxtəlif bölgələrində su cəmləşib. Maşınlar isə yeraltı keçidlər və şəhərin bir çox məntəqəsində sular altında qalıb və şəhərdə hərəkət demək olarki dayanıb. Bir çox maşın və onların sərnişini təcili yardım qruplarının köməyi ilə qurtulub.
Şəhər bələdiyyəsi isə vəziyyəti düzəltməkdən aciz vəziyyətdədir.
Qeyd edək ki, Güney Azərbaycanın böyük şəhərləri o cümlədən Təbriz və Urmiyədə hər dəfə qar və yağış yağdıqca bu günki vəziyyət təkrar olur. Bu şəhərlərdə nəinki yağış suyunun şəhərdən çölə çıxması üçün xüsusi sistemi yoxdur, hətta kanalizasiya sistemləri belə bərbad durumdadır. Əhali bununla bağlı dəfələrlə öz etirazını bildirsə də, heç bir nəticə əldə olunmayıb.

Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |