07.05.2015 [13:22] - Gündəm, Türk dünyası-Turan
Türkiyə və ABŞ tarixçiləri 1915-ci il hadisələri ilə bağlı məsələləri müzakirə edəcəklər.
"Milliyet" qəzetinin yazdığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixçilərlə 1915-ci il hadisələrini və ABŞ-dakı erməni lobbisində Türkiyə əleyhinə aparılan təbliğatın gücləndirilməsini müzakirə edəcək.
Görüşdə türk tarixçiləri ilə yanaşı, ABŞ-dan da bir neçə tarixçinin iştirak edəcəyi bildirilir.
Tarixçilərlə görüş aprelin 21-də baş tutmalı idi. Lakin R.T.Ərdoğanın proqramındakı gərginlik səbəbindən görüş təxirə salınmışdı.
Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırımı" törədib. Ermənilər dünya ölkələrində bu qondarma erməni "soyqırım"ın təbliğatını gücləndirərək, bəzi dövlətlərin parlamentləri tərəfindən onun tanınmasına nail olublar.
Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan bu təklifə məhəl qoymur.

Bu xəbər oxucular tərəfindən 682 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |