Şrift:
Səid Mətinpurdan yeni xəbər
07.05.2015 [14:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış azərbaycanlı milli-mədəni fəal, jurnalist və insan haqları fəalı Səid Mətinpur Tehranın Evin zindanına intiqal edilib.
S.Mətinpur mayın 5-də (ordibeheştin 5-də) Zəncan zindanından Tehranın Evin zindanına intiqal edilib. Bu barədə məhbus öz ailəsi ilə qısa telefon əlaqəsində məlumat verib. Onun hansı səbəbdən intiqal edildiyi barədə hələlik heç bir məlumat yoxdur.

Azərbaycanlı siyasi məhbus 2014-cü il sentyabrın 28-də (1393-cü il mehrin 6-da) Evin zindanının siyasi bölümü (350-ci bölüm) ləğv edildikdən sonra məcburi şəkildə Zəncan zindanına köçürülmüşdür.

Xatırladaq ki, S.Mətinpur 2007-ci il mayın 25-də (1386-cı il xordadın 4-də) Güney Azərbaycanın Zəncan şəhərində tutuqlanıb və Evin zindanının 209-cu bölümünə (bənd) intiqal edilib. O müvəqqəti olaraq 278 gün saxlandıqdan sonra 500 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Tehranın islamı inqilab məhkəməsinin 15-ci şöbəsi azərbaycanlı milli-mədəni fəalı xaricilərlə (biganələr) irtibatda olmaq ittihamı ilə 7 il və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il, toplam olaraq 8 il həbsə məhkum edib. Qondarma ittihamlarla suçlanan fəal 2009-cu il iyulun 11-də (1388-ci il tirin 20-də) həmin məhkəmə şöbəsinə çağırılıb. Məhkum məhkəməyə müraciət edincə təhlükəsizlik qüvvələri tərəfindən tutulub və Evin zindanına aparılıb.
Bu xəbər oxucular tərəfindən 596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed