13.01.2012 [12:08] - Hərb
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının (“Daryal” analitik-informasiya mərkəzi-RLS) statusu və icarə prinsipləri və istifadəsi haqqında danışıqlarda milli qrupun tərkibini müəyyən edilib.
Sərəncama əsasən, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov milli danışıqlar qrupuna başçılıq edir.
Qrupun tərkibinə müdafiə naziri Səfər Əbiyev, maliyyə naziri Samir Şərifov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, daxili işlər nazirinin müavini Oruc Zalov, vergilər nazirinin müavini Sahir Məmmədxanov, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov, Milli Təhlükəsizlik Nazirliyinin baş idarəsinin rəisi Nizami Şirinov və Qəbələ rayonunun İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev daxildir.
Dövlət başçısı sərəncamda qrupa Qəbələ RLS-ın statusu, icarə prinsipləri və istifadə məsələləri zamanında Rusiya ilə razılaşdırmağı tapşırıb.
Qəbələdə RLS-in statusu, prinsipləri və istifadə şərtlərinə dair 10 il müddətinə razılaşma radiolokasiya stansiyası üçün informasiya-analitik mərkəz statusunu nəzərdə tutur və onu Azərbaycanın mülkiyyətinə aid edir. Rusiya hər il Azərbaycana RLS icarəsi üçün 7 milyon dollar ödəməlidir. Qüvvədə olan müqaviləyə əsasən, icarənin müddəti 2012-ci ildə bitir.

Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |