09.05.2015 [09:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan Vilayətinin Mahabad (Soyuqbulaq) şəhərində kütləvi etiraz aksiyası keçirilib. Buna səbəb hoteldə xadimə işləyən kürd kökənli Fərinaz Xosrəvani adlı gənc qızın şübhəli şəkildə öldürülməsidir. Bəzi mənbələr qızın hotel sahibi tərəfindən və bəzi mənbələr isə onun ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) məmuru tərəfindən təcavüzə məruz qaldığını bildiriblər. Bundan sonra qız özünü hotelin 4-cü mərtəbəsindən ataraq, intihar edib.
Etirazçılar şəhərdəki yeganə 4 ulduzlu hoteli daşa tutub və onun bir hissəsini yandırıblar.
Yayılan məlumatlara görə, nümayiş iştirakçıları 25 yaşlı qıza qarşı cinayət törədən şəxsə ən ağır cəza istəyiblər. Bu olaya etiraz olaraq şəhər əhalisi aksiya təşkil edib. Təhlükəsizlik işçilərinin aksiyanı dağıtmaq cəhdi toqquşma ilə nəticələnib. Hadisə zamanı çoxlu sayda etirazçı xəsarət alıb, onlarla etirazçı saxlanılıb.
Şəhərdə vəziyyətin gərgin olduğu qeyd edilib.

Bu xəbər oxucular tərəfindən 880 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |