Şrift:
AYİB Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir
09.05.2015 [09:20] - Xəbərlər, İqtisadiyyat
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda fəaliyyətinin genişləndirilməsini müzakirə edib. Bunu AYİB-in prezidenti Suma Çakrabarti Bakıda mətbuat konfransında deyib.

O bildirib: "Biz AYİB-in ölkədə fəaliyyətinin genişləndirilməsi məsələsi üzrə fikir mübadiləsi apardıq və gələcəkdə qeyri-neft sektorunda xeyli sayda layihələrin reallaşdırılmasını prioritet hesab edirik. Fikrimcə, hər iki tərəf başa düşür ki, kənd təsərrafatı sahəsinə böyük vəsaitlər yatırmaq lazımdır. Biz ölkənin bölgələrindəki fermerlərə dəstək vermək istəyirik".

S.Çakrabarti əlavə edib ki, AYİB bərpa olunan energetika sahəsinə böyük həcmdə vəsait ayırmaq niyyətindədir, eləcə də bələdiyyələrə dəstək layihəsinin maliyyələşdirilməsi imkanını nəzərdən keçirir.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed