Şrift:
Əli Həsənov: Azərbaycan xalqı Avropa Oyunlarına ciddi hazırlaşır
10.05.2015 [10:36] - Xəbərlər, Siyasət
Azərbaycan xalqı Avropa Oyunlarına ciddi hazırlaşır. Bu barədə jurnalistlərə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Avropa Oyunları tək dövlətin deyil, bütün Azərbaycanın tədbiridir, ümumxalq tədbiridir: "Biz bu tədbirdən maksimum istifadə edərək Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, Azərbaycan xalqının mədəniyyətini, həyat tərzini, o cümlədən torpaqlarımızın işğalı faktını, neçə illərdir Azərbaycanın bölgədə yürütdüyü siyasəti, qonşularla münasibəti və sair dünyaya çatdırmaq istədiyimiz məsələləri çatdıracağıq".
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed