Şrift:
Türk axını-nın tikintisi üçün Ədirnədə torpaq sahəsi ayrılıb
10.05.2015 [10:41] - Gündəm, Türk dünyası-Turan
"Türk axını" qaz xəttinin çıxış nöqtəsi hesab edilən Türkiyənin Ədirnə vilayətində boru kəmərinin inşası üçün təqribən iki min hektar torpaq sahəsi ayırılıb. Bu barədə vilayətin valisi Dursun Əli Şahin məlumat verib.

Onun sözlərinə görə, hazırda valilik Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin sərəncamını gözləyir.

Qeyd edək ki, Rusiyanın "Qazprom" şirkəti "Türk axını" qaz xəttinin dəniz sahəsinin tikintisinə başlaması barədə məlumat verib. "Türk axını" layihəsi Qara dəniz vasitəsilə Rusiyadan Türkiyəyə qaz tədarükünü nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed