Şrift:
Traxtur Komandası Tehranın İstiqlal komandasını öz şəhərində ayaqladı
11.05.2015 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin məşhur “Traxtur” futbol takımı daha bir qürurverici uğura imza atdı. Belə ki, Tehranın Azadi stadionunda bu şəhərin “İstiqlal” takımı ilə “Traxtur” komandası arasında keçirilən müsabiqə bu dəqiqələrdə “Traxtur”un kəskin qələbəsi ilə sona çatdı.
İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 29-cu həftəsində keçirilən müsabiqədə, “İstiqlal” komandası “Traxtur”un vurduğu 4 qol qarşısında yalnız 1 qol vura bilib.

“Traxtur” tərəfindən Saman Nəriman Cahan 7, 56, 87-ci və Lusanyo Edinyo 45-ci dəqiqələrdə qol vurdular. “İstiqlal” tərəfindən vurulan tək qol isə Ümid İbrahimi tərəfindən 29-cu dəqiqədə vuruldu.

Bununla da “Traxtur-İstiqlal” müsabiqəsi (4 – 1) hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşdı. Bu nəticədən sonra 57 imtiyazla (bal) super liqa cədvəlinin 1-ci pilləsində olan “Traxtur” öz yerini daha da möhkəmləndirdi.

Qeyd edək ki, onminlərlə tamaşaçının qarşısında keçirilən müsabiqədə “Traxtur” tərəfdarları öz şüarları ilə stadionu dəfələrlə lərzəyə gətirib və həyəcanlı anlar yaradıblar. Müsabiqənin gedişatından məyus olan “İstiqlal” tərəfdarları isə öz oyunçuları əleyhinə şüarlar səsləndirib.
Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed