Şrift:
Şovinistlər Azərbaycan türk milləti açıq-aşkar düşmən adlandırdılar (video)
11.05.2015 [10:01] - Güney Azərbaycan xəbərləri, davam TV, Güney Azərbaycan-Təbriz
Fars şovinizmi tərəfindən Azərbaycan türk millətinə qarşı təhqiramiz və nifrət dolu çıxışlar səngimək bilmir.
Bu dəfə Moinəddin Məhəmmədi adlı bir fars şovinisti sərt və təhqiramiz sözlərlə Azərbaycan türk milləti və “Traxtur” tərəfdarlarına hücum edib. Tehranın “İstiqlal” futbol komandasının tərəfdarlarını birliyə çağıran Videoda azərbaycanlıların komandası və Təbriz şəhəri “düşmən”, “bəd zat, “div”, “İran düşməni” və s. kimi alçaldıcı və nifrət dolu kələmələrlə təqdim olunub.

Sosial şəbəkələrdə yayılan Videoda “İstiqlal” tərəfdarları mayın 10-da (ordibeheştin 20-də) keçiriləcək müsabiqəyə dəvət olunur və vurğulanır ki, qan düşməninizin qarşısında öz komandanızı dəstəkləyin.

Bu Videoda daha bir diqqət çəkən məsələ “İstiqlal” tərəfdarlarının bir Görüntüdə Nazilərin faşizm əlamətindən istifadə etmələridir.

Fars dilində yayılan videonu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 1533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed