11.05.2015 [11:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyə Cümhuriyyətinin İrandakı səfiri, ölkəsinin İran və Şərqi Azərbaycanla əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduğunu bildirib.
Rza Hakan Tekin 4-cü gün Şərqi Azərbaycan valisi ilə görüşü zamanı jurnalistlərlə də söhbəti olub. Şərqi Azərbaycanın yüksək potensialından danışan səfir bildirib ki, “Təbriz və Şərqi Azərbaycan İran-Türkiyə əlaqələrinin inkişafında mühüm rol oynaya bilər.”
R.H.Tekin əlavə edib ki, “Türkiyə prezidentinin İrana son səfəri iqtisadi və ticarət əlaqələrinin inkişafına zəmin olduğunu göstərir.”
Şərqi Azərbaycan Vilayəti ilə yüksək əlaqələrinin olduğunu diqqətə çatdıran səfir İranla Türkiyənin tarixi əlaqələrə malik olduğunu bildirib və iki ölkə arasında ortaq dini, mədəni və dil bağlılığından söz açıb.

Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |