11.05.2015 [15:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türk dilində “Xoy şəhərinə xoş gəldiniz” yazıldı
Güney Azərbaycanın Xoy şəhərinin Şəhər Şurası, şəhər əhalisinin alqışına layiq addım atıb. Belə ki, Şura tərəfindən şəhərin girişinə üzərində “Xoy şəhərinə xoş gəldiniz” cümləsi yazılmış tablo asılıb.
Həmin cümlə türk dilindən başqa fars və ingilis dillərində də yazılıb.
Burada iki məsələ xüsusi diqqət çəkir. Birincisi cümlənin türk dili və Anadolu ləhcəsində yazılmasıdır, ikincisi isə tabloda latın əlifbasının əks olunmasıdır. Hansıki İran coğrafiyasında belə hallara çox az rast gəlinir.
Şərhçilərin fikrinə görə, bu kimi hadisələr ilk baxışda kiçik görünsə də, Azərbaycan Milli Hərəkatı fəaliyyətlərinin məntiqi nəticəsi kimi başa düşülməlidir.

Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |