Şrift:
Azərbaycanda dolların bahalaşması, avronu ucuzlaşması davam edir
12.05.2015 [10:01] - Xəbərlər, İqtisadiyyat
Bu gün mayın 8-i (son rəsmi məzənnə 8-12 tarixləri üçün müəyyənləşib) ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 12-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% bahalaşaraq 1,0484 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0045 manat və ya 0,38% ucuzlaşaraq 1,1697 manat olub.
Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed