12.05.2015 [10:34] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Bu tarixi hər il bayram kimi qeyd etməyə dəyər”
Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur. Bununla bağlı parlamentə Azərbaycan prezidenti tərəfindən layihə daxil olub.
Maraqlıdır, 12 iyunun qeyri-iş günü olması, hər il bayram kimi qeyd edilməsi məqbuldurmu?
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev layihəni dəstəklədiyini vurğuladı:
“Təbii ki, bunun qeyri-iş günü olması məqbuldur. Çünki bu, dünyada bir ilkdir. Bu, mühüm bir hadisədir. Bu, həm də bir ənənənin formalaşmasına səbəb olacaq. 4 ildən bir od Azərbaycandan götürülərək Avropa Oyunlarının keçiriləcəyi digər ölkələrə aparılacaq. Məncə bu günü hər il bayram kimi qeyd etməyə dəyər. Bunu təqdir edirəm”.

Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 1054 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |