Şrift:
Millət vəkilinin I Avropa Oyunlarına MÜNASİBƏTİ
12.05.2015 [11:37] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Qısa zamanda Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edəcək. Oyunlara 50-yə qədər ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının qatılacağı gözlənilir. Millət vəkili Fərəc Quliyevin Azərbaycanın bu cür yarışlara ev sahibliyi etməsi, oyunların Azərbaycan üçün mümkün nəticələri və azarkeşlik edib-etməyəcəyi, eyni zamanda hansı idman növü ilə maraqlandığı ilə bağlı fikirlərini oxuculara təqdim edirik:

MDHP sədri Fərəc Quliyev qeyd edir ki, I Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsinə görə hamımız qürur duymalıyıq: “Azərbaycanda çox mötəbər bir yarış keçiriləcək. Siyasi yanaşma başqadır, mən bir vətəndaş kimi qürur duyuram ki, ilk Avropa Oyunları Azərbaycanda keçirilir. Bu hamımıza qürur verməlidir. Mən sambo üzrə idman ustasıyam. Buna görə də, idmanın bütün növlərinə marağım var. Amma güləş növlərinə xüsusilə diqqət yetirirəm. Çalışacağam ki, idmançılarımıza azarkeşlik edim. Amma hələ qrafikləri bilmədiyim üçün bilet almamışam. Hesab edirəm ki, həmin anda bilet almağım daha uyğun olacaq”.
Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed