12.05.2015 [12:56] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fəzail Ağamalı: «Avropa Oyunları ilə bərabər Mehriban xanım Əliyevanın da adı tarixə düşərək, hər zaman yaxşı mənada xatırlanacaq»
Fərəc Quliyev: «Bu yüksək təşkilatçılıq qabiliyyətindən xəbər verir»
İlk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakıda hazırlıq işləri yekunlaşmaq üzrədir. Nəhəng idman obyektlərinin əksəriyyəti artıq istifadəyə verilib və Bakı turistləri, idmançıları qəbul etməyə hazırdır.
«Bakı 2015»in hazırlıq işlərində, eləcə də təbliğində Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rolunu xüsusilə qeyd etmək lazımdır. Hazırlıq prosesində Oyunlarla bağlı ən xırda detallar belə nəzərə alınıb. Bəzi qüvvələrin qərəzli mövqeyinə baxmayaraq, Azərbaycan İlk Avropa Oyunlarını keçirməklə daha bir böyük uğura imza atmağa hazırlaşır.
Təşkilat Komitəsinin sədri kimi Oyunların təşkilinin böyük məsuliyyət olduğunu vurğulayan Mehriban Əliyeva son dövr müsahibələrinin birində bildirib ki, Birinci Avropa Oyunları Avropa idmanı tarixində yeni səhifə açacaq: «Bu cür Oyunları təşkil etmək, keçirmək, qəbul etmək Azərbaycan üçün böyük şərəf və böyük məsuliyyət deməkdir. Eyni zamanda, bu, Avropa idman ictimaiyyətinin bizim ölkəmizə etimadının göstəricisidir. İş elə gətirdi ki, hazırlıq üçün vaxtımız xeyli az oldu – cəmi iki il yarım. Adətən, bu səviyyəli, bu miqyaslı idman tədbirinə hazırlaşmaq üçün, əlbəttə, xeyli çox vaxt tələb olunur. Lakin biz, demək olar ki, bu işləri vaxtında görə bildik və qarşımızda duran bütün vəzifələri yerinə yetirdik. İndi Oyunların başlanmasına cəmi iki ay qalır, son hazırlıq işləri görülür, bütün komanda öz diqqətini detallar üzərində cəmləşdirib. Lakin artıq bu gün demək olar ki, Bakı Avropanı qəbul etməyə hazırdır. Ümidvaram ki, birinci Avropa Oyunları dostluq, həmrəylik, birlik, sağlam rəqabət şəraitində keçəcək və bu, ümumi bayram olacaq».
Birinci Avropa Oyunlarının təşkili və təbliğində Təşkilat Komitəsi və onun rəhbəri olan Mehriban xanım Əliyevanın rolunu necə qiymətləndirmək olar?
Fezail AgamaliMillət vəkili Fəzail Ağamalı açıqlamasında bildirdi ki, birmənalı şəkildə Mehriban xanımın fəaliyyətini yüksək dəyərləndirir: «Məhz onun yüksək təşkilatçılıq qabiliyyəti, böyük erudisiyası və hərtərəfli biliyə malik olması imkan verdi ki, 2012-ci ildə Bakı şəhərində «Eurovision» mahnı müsabiqəsi keçirilsin. Bu təcrübəyə söykənərək, o öz üzərinə daha bir məsuliyyətli iş götürdü. Etiraf etmək lazımdır ki, Avropa Oyunları 3 il əvvəl keçirilən mahnı festivalından istər tutumuna, istərsə də digər parametrlərinə görə böyük mənada fəqlənir. Bu daha çox diqqət və məsuliyyət tələb edir. Mehriban xanım bütün bu işlərin öhdəsindən layiqincə gəlməyi bacardı. Qısa zaman ərzində yaraşların keçiriləcəyi stadionlar, ayrı-ayrı idman kompleksləri tikildi. Artıq Azərbaycan Avropa Oyunlarını keçirməyə tam hazırdır. Bu məsələdə Mehriban xanımdan öz dəyərli məsləhətlərini əskik etməyən möhtərəm Prezidentin də əməyini xüsusi vurğulamalıyıq.
Bu hadisə bizim tariximizə yeni səhifə kimi qeyd ediləcək. Avropa Oyunları ilə bərabər Mehriban xanım Əliyevanın da adı tarixə düşərək, hər zaman yaxşı mənada xatırlanacaq».
Millət vəkili Fərəc Quliyev də açıqlamasında Avropa Oyunlarının Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi: «Təşkilat Komitəsi çox qısa zaman ərzində böyük işlər gördü. Burada yeni idman komplekslərinin tikintisini, ölkəmizdə və xüsusən də xarici dövlətlərdə Oyunların təbliğinin düzgün və effektiv qurulmasını, təqdimat mərasimlərin keçirilməsini qeyd edə bilərik. Açığını deyim ki, bu qədər böyük həcmli işlərin belə qısa müddətdə görülməsi bir qədər təəccüblü görünür. Təbiidir ki, bu, yüksək təşkilatçılıq qabiliyyətindən xəbər verir. Oyunlar başlamadan, bu vasitədən istifadə Azərbaycanın təbliğində böyük səmərə verdi. Bir sözlə, Mehriban xanımın rəhbərliyi altında həyata keçirilən işləri yüksək qiymətləndirirəm».
Məhəmmədəli QƏRİBLİ

Bu xəbər oxucular tərəfindən 847 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |