12.05.2015 [13:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 10-da İranda 700 universitet müəllimi ölkə rəsmilərinə birgə məktub yazaraq hakimiyyətdaxili müxtəlif şəxslər və ya qurumların ali təhsil ocaqlarına qarşı təzyiq və müdaxiləsinə son qoyulmasını tələb edib.
Məktub İran prezidenti Həsən Ruhani, İslami Şura Məclisinin sədri Əli Laricani və Məhkəmə Sisteminin rəisi Sadıq Laricaniyə ünvanlanıb. Məktubda deyilir ki, hakimiyyətdaxili bəzi şəxslərin və ya qurumların özbaşına olaraq universitetlərin daxili işlərinə qarışması və ona təzyiq göstərməsi müəllimlərlə tələbələrin ciddi narahatlığına səbəb olub: “Hakimiyyət daxilində nüfuz sahibi olan bəzi şəxslərin və ya cərəyanların qanunsuz olaraq mütəşəkkil şəkildə universitetlərə təzyiq göstərməsi ali təhsil ocaqlarının üzərinə düşən məsuliyyətin yerinə yetirməsinə mane olur, müəllimlərlə tələbələr arasında ümidsizlik və depressiyaya rəvac verir, onların özlərini təhlükəsiz şəraitdə hiss etməsinə xələl gətirir.
Məktubda bildirilir ki, müəyyən siyasi cərəyanlara bağlı bəzi özbaşına qrupların universitetlərdə keçirilən bir sıra icazəli tədbirlərə özbaşına müdaxiləsi və ali təhsil ocaqlarında intizamsızlıq və qorxu atmosferini hakim etməsi, müəllimlərlə tələbələrə göstərilən həmin təzyiqin bir nümunəsidir.

Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |