Şrift:
Rusiyada restoranı partladan erməni sahibkar imiş
13.01.2012 [12:52] - Gündəm
Rusiyada restoranı partladan erməni sahibkar imiş
“Kasabella” MMC-nin baş direktoru Suren Mkrtçyan Moskvada saxlanılıb



Rusiyanın Moskva şəhəri üzrə Təhqiqat Komitəsi “Il Pittore” restoranının partladılmasında şübhəli bilinin şəxsi saxlayıb. Rusiya mətbuatının verdiyi məlumata görə, bu, erməni əsilli “Kasabella” MMC-nin baş direkoru Suren Mkrtçyandır.

Qeyd edək ki, Moskva şəhəirində yerləşən “Il Pittore” italyan restoranı bu ilin yanvarın 9-da gündüz saatlarında partladılmışdı. Hadisə nəticəsində restoranda çalışan iki qadın həlak olmuş, daha 31 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. İnsidentlə bağlı təhqiqat davam edir.

Partladılan restoran “Kasabella” MMC-yə məxsus imiş.
Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed