13.05.2015 [12:22] - Gündəm, Hərb
“Yeni təchizatçılardan enerji resurslarını Avropaya gətirən layihələr Alyansın enerji təhlükəsizliyinə mühüm töhfə verir”. Trend-in məlumatına görə, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay “Azernews” qəzetinə eksklüziv müsahibəsində deyib.
C.Appaturay qeyd edib ki, NATO enerji institutu deyil və Azərbaycan qazını Avropaya nəql edəcək boru layihələrində iştirak etmir:
“Bu cür layihələrin həyata keçirilməsi ilə əsasən müvafiq ölkələr məşğul olur. Lakin təqribən 900 milyon insanın təhlükəsizliyini təmin edən bir Alyans kimi NATO Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində maraqlıdır. Bu məsələ Alyansın ötən il Uelsdə keçirilən sammitində də qeyd olundu. Həmin sammitdə Alyans adından bəyan edildi ki, stabil və etibarlı enerji təchizatı, marşrutların diversifikasiyası, təchizat və enerji resursları və enerji şəbəkələri arasında bağlılığın olması mühüm əhəmiyyət kəsb edir”.
C.Appaturay əlavə edib ki, təmsil etdiyi təşkilat boru kəmərlərinin mühafizəsinə cəlb olunduğu üçün ötən illər ərzində Azərbaycanla bir sıra enerji məsələləri üzrə əməkdaşlıq edir:
“Biz enerji infrastrukturunun təhlükəsizliyi ilə bağlı məlumat və təcrübə mübadiləsi aparırıq. Bundan əlavə, enerji infrastruktura yaranan kiber hücumlar kimi yeni təhdidləri analiz etmək və çıxış yollarını müzakirə etmək üçün konfranslar və elmi seminarlar təşkil edirik. NATO komitələrində regional enerji təhlükəsizliyi ilə bağlı məsləhətləşmələr aparırıq. Həmçinin Azərbaycan üçün açıq olan enerji ilə bağlı təlim və tədris fəaliyyətini genişləndirmişik. Biz bu əməkdaşlığı davam etdirəcəyik və Avropaya enerji təchizatçısı kimi Azərbaycanın artan rolu ümumi fəaliyyət üçün yeni ideyalar ortaya qoya bilər”.
Alyans ilə Azərbaycan arasında tərəfdaşlıq məsələsinə toxunan C.Appaturay bildirib ki, tərəflər arasında partnyorluğun tarixi Azərbaycanın Sülh Tərəfdaşlığına qoşulduğu 1994-cü ilə gedib çıxır:
“Tərəfdaşlıq həm siyasi dialoqdan, bir sıra təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsindən, həm də praktiki əməkdaşlıqdan ibarətdir”.
C.Appaturay həmçinin vurğulayıb ki, Azərbaycan NATO əməliyyatlarına, o cümlədən Əfqanstandakı fəaliyyətinə uzun müddətdir dəstək verir:
“Bu dəstəyin böyük əhəmiyyəti var. Biz həmçinin uzun illərdir Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə sıx əməkdaşlıq edirik”.

Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |