13.05.2015 [13:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı siyasi məhbus, milli-mədəni fəal Lətif Həsəninin həyat yoldaşı təhdid edilib.
Zərnuş çay şirkətinin keyfiyyət kontrolu bölümünün məsulu xanım Əzəm Piri, əmək haqqının şirkət tərəfindən ödənilmədiyi üçün Əmək İdarəsinə şikayət edib. “50 minyol” saytının yaydığı məlumata görə, siyasi məhbusun həyat yoldaşı şikayət etdiyinə görə Zərnuş Çay şirkətinin müdir-amili tərəfindən təhdid edilib. Əli Nasiri İsməili bildirib ki, “Xanım Piri öz şikayətini geri götürməlidir, əks halda hüquqşünas qardaşının dövlət orqanlarında olan nüfuzundan istifadə edərək iddia edəcək ki, xanım Piri iş yerində həbsdə olan həyat yoldaşının siyasi xəttini təbliğ edib. Nəticədə isə, nəinki əmək haqqını ala bilməyəcək, hətta bir çox problemlərlə üz-üzə qalacaq.”
Qeyd edək ki, siyasi məhbusların ailəsinin təhdid edilməsi yeni fakt deyil. Onlar Bundan öncə də müxtəlif bəhanələrlə təhlükəsizlik orqanlarına çağırılıb, işdən qovulmaq və həbs edilməklə hədələniblər.
Xatırladaq ki, Lətif Həsəni, Ayət (Yürüş) Mehrəlibəyli, Mahmud Fəzli, Şəhram Radmehr və Behbud Quluzadə qanunsuz təşkilat yaratmaqda və sistemin əleyhinə təbliğ etməkdə günahlandırılaraq 9 il həbsə məhkum edilib. Adı çəkilən fəalların hamısı hazırda məhbus həyatı yaşamaqdadır.

Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |